Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Yanacaq xərclərinin azaldılması üçün orijinal yollar axtarılır

Yanacaq xərclərini azaltmaq istəyi gəmi operatorlarını külək enerjisindən istifadə üçün getdikcə daha orijinal yollar axtarmağa vadar edir.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Yaponiyanın “Kawasaki Kisen Kaisha” (“K Line”) gəmiçilik şirkətinin rəhbərliyi daha üç gəmi üçün xüsusi “Airseas Seawing” külək hərəkəti sistemləri sifariş etmək niyyətini təsdiqləyib. Beləliklə, qısa müddətdə şirkətin balker donanması artıq külək enerjisindən səmərəli istifadə edə bilən beş böyük gəmiyə sahib olacaq.

“Airseas Seawing” sistemi kompozit materiallardan hazırlanmış xüsusi “hava ilanı”ndan istifadəni nəzərdə tutur. O, 300 metrə qədər hündürlüyə qalxır və gəmiləri yedəyə alan "uçan" yelkənli qanad kimi işləyir.

Mütəxəssislərin  fikrincə, belə yardımçı təkandan istifadə gəminin əsas güc qurğularının yükünü əhəmiyyətli dərəcədə, atmosferə atılan zərərli birləşmələrin miqdarını isə 20% azaldacaq.

Konstruktorlar əmin edirlər ki, kifayət qədər böyük ölçülərinə baxmayaraq, bütün strukturun tam qaldırılması və endirilməsi “bir düyməyə toxunmaqla” və heyət üzvlərinin minimal iştirakı ilə reallaşır.

“Airseas Seawing” sisteminin istifadəsinə ilk dəfə 2022-ci ilin dekabrında əsas hərəkətverici qurğusu adi yanacaqla işləyən “Capesize” yük gəmisində başlayacaq. İkinci “hava ilanı” Yaponiya tərsanələrindən birində tikilməkdə olan yeni nəsil quru yük gəmisində quraşdırılacaq. “Post-Panamax” balkerlərinin daha üç analoji sistemlə təchiz edilməsi planlaşdırılır.

Növbəti 20 il ərzində “K Line” daha 50 gəmisində “Airseas Seawing” sistemlərini quraşdırmağı planlaşdırır və beləliklə, Beynəlxalq Dəniz Təşkilatının 2040-2050-ci ilədək ticarət gəmiçiliyinin maksimum mümkün “karbondan təmizlənməsi” tələblərinə cavab verməyə ümid edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır