Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Yükgöndərənlər hər konteyner üçün 173 dollar ödəməli olacaqlar

Asiya-Avropa marşrutu üzrə yükgöndərənlər Emissiyaların Ticarət Sistemi (ETS) qüvvəyə mindikdən sonra hər konteyner üçün 173 dollar ödəməli olacaqlar. Soyuducu konteyner üçün eyni marşrut üzrə əlavə 255 dollar ödəniləcək.

“Seanews.az”-ın məlumatına görə, bu ilin iyun ayında Avropa Parlamenti Aİ ölkələrində istixana qazlarının emissiyaları üçün Emissiyaların Ticarət Sisteminə (ETS)  səs verib. 2024-cü il yanvarın 1-dən gəmiçilik şirkətləri bayraqdan asılı olmayaraq Avropadaxili marşrutlar üzrə Aİ limanlarına üz tutan ümumi tutumu 5000 tondan çox olan gəmilər üçün bütün istixana qazları emissiyaları və xaricdə başlayan və ya bitən səfərlər zamanı emissiyaların 50%-i üçün güzəştlər almalı olacaqlar.

Emissiyalara görə kvotaların alınmasının mərhələli şəkildə artırılması təklif edilir. Bu o deməkdir ki, gəmiçilik şirkətləri 2023-cü ildə emissiyaların 20%-i, 2026-cı ilə qədər isə 100%-i üçün kvota almalı olacaqlar”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır