Gəmilərdən və sualtı qayıqlardan buraxıla bilən torpedolar saatda 56 kilometr sürətlə hərəkət edəcək
Pekində tədqiqatçılar qrupu insansız sualtı platformaları və ya torpedoları gücləndirmək üçün kiçik, ucuz nüvə reaktoru konsepsiyası hazırlayıb.
Çinin “South China Morning Post” nəşrinin yazdığına görə, birdəfəlik istifadə olunan nüvə reaktoru çoxlu sayda torpedo borularına quraşdırıla və kəşfiyyat, izləmə, nüvə və adi zərbələr kimi bir sıra tapşırıqlar üçün gəmilərdən və sualtı qayıqlardan buraxıla bilər.
Xüsusi ilə qeyd edilir ki, Rusiyanın “Poseidon” insansız sualtı platforması ilə müqayisədə, Çin reaktorunun çevik layihəsi torpedoya həm adi, həm də nüvə zərbələri endirməyə imkan verir, bu da onu əməliyyat baxımından daha faydalı edir.
Reaktorla işləyən torpedo 200 saata qədər saatda 56 kilometr sürətlə hərəkət edəcək. Reaktor sərf edildikdən sonra avtomatik olaraq torpedodan ayrılacaq və dənizin dibinə batacaq.


