Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

“Tallink Grupp”-un gəmiləri ilə sərnişin daşınması üç dəfə artıb

“AS Tallink Grupp”-un gəmiləri cari ilin birinci yarısında müxtəlif marşrutlar üzrə 1552174 sərnişin daşıyıb ki, bu da 2021-ci ilin ikinci rübü ilə müqayisədə üç dəfə çoxdur.

“Seanews.az”-ın məlumatına görə, 2022-ci ilin iyun ayında isə bu şirkətin gəmilərinin xidmətindən  600 488 sərnişin istifadə edib ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.   

2021-ci ildə qrupun bərələri ilə 2,9 milyon sərnişin daşınmışdı.

Qeyd edək ki, “AS Tallink Grupp” Baltik dənizinin şimal regionunda aparıcı yük və sərnişin gəmisi operatorlarından biridir. Şirkətin 15 gəmisi “Tallink” və “Silja Line” brendləri altında yeddi marşrut üzrə fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır