Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

106 tanker sifarişçilərə təhvil verilib

2022-ci ilin birinci yarısında dünyada 51 tanker doğranmaq üçün istismardan çıxarılıb və 106 tanker istismara verilib.

Gəmiçilik brokeri “Gibson”-un araşdırmasına görə, sifarişlərin dinamikası növbəti 9-12 ay ərzində sabit qalır, lakin bundan sonrakı illərdə orta sifariş aktivliyi və 2025-ci ilin ikinci yarısına qədər məhdud gəmiqayırma qabiliyyəti fonunda kəskin şəkildə azalır.

Dünyada tanker axınındakı dəyişiklik gəmilərin tədarükü ilə bağlıdır. Çatdırılma müddətlərinin dəyişməsi bazarın xarakterik xüsusiyyəti kimi qalsa da, donanma böyüməyə davam edir.

Bu il yeni tankerlərin tikintisi sifarişləri minimal olub, 28 şirkət sifarişi demək olar ki, tamamilə LR2 və MR seqmentlərində yerləşdirilib. “Gibson” bildirib ki, yeni tonajlara investisiyalar uzun çatdırılma müddətləri, həddindən artıq yüksək qiymətlər, qlobal neft tələbinin uzunmüddətli gələcəyi ilə bağlı narahatlıqlar, gələcək gəmi konstruksiyası və hərəkət növləri ilə bağlı qeyri-müəyyənliklər ilə məhdudlaşdırılır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır