Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Hər il Cənubi Çin dənizindən 100 mindən çox gəmi keçir

Çin Cənubi Çin dənizindəki üç ən böyük süni adada yeni hava eskadronu, həmçinin dəniz xilasetmə və inzibati heyətini yerləşdirib.

“Seanews.az”-ın məlumatına görə, Çinin inşa etdiyi Fayeri-Kross, Subi və Misçif adalarında yerləşdirilən xilasedicilərin dənizdə fövqəladə xilasetmə tapşırıqlarını yerinə yetirəcəkləri və dəniz nəqliyyatının təhlükəsizliyinə nəzarət edəcəkləri gözlənilir.

Cənubi Çin dünyanın ən hərəkətli dənizlərindən biridir və hər il buradan 100 mindən çox gəmi keçir.

“South China Morning Post”-un istinad etdiyi rəsmi məmbələrə görə, son 10 ildə Cənubi Çin dənizi fövqəladə hallar xidmətləri 1721 nəfəri xilas edib. Yardıma ehtiyacı olan gəmilər ya Beynəlxalq Dəniz Təşkilatı (IMO) vasitəsilə, ya da bilavasitə ən yaxın yerli dəniz idarəsinə qəza siqnalları göndərə bilərlər.

Bununla belə, Filippin, Bruney, Malayziya, Vyetnam və Tayvanın Spratli arxipelaqına (Çin dilində - Nanşa) ərazi iddiaları var. Çin bir sıra qayaları və mərcan adalarını ən azı yeddi süni adaya çevirib, uçuş zolaqları və digər hərbi obyektlər tikib ki, bu da bəzi dövlətlərin narazılığına səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır