“Raptor” kateri ikiyə bölünüb
“Bayraktar TB2” PUA-larından buraxılan MAM-L sursatları ilə vurulan Rusiyaya məxsus “Raptor” kateri ikiyə bölünüb.
Ordu.az xəbər verir ki, müvafiq fotolar sosial mediada yayılıb.
Ukrayna Ordusunun müharibədə fəal şəkildə istifadə etdiyi “Bayraktar TB2” və MAM-L döyüş sursatları ilk dəfə döyüş meydanında dəniz hədəfini vuraraq əhəmiyyətli uğur əldə edib.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasında olan ən azı 2 “Raptor” sinfinə məxsus patrul kateri və 1 “Serna” sinfinə məxsus desant gəmisinin “Bayraktar TB2” PUA-ları ilə vurulduğu bildirilir.
MAM-L sursatları ilə vurulan “Raptor” katerlərindən biri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən quruya çıxarılıb. Fotolarda katerin ikiyə bölündüyü görünüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


