Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

440 gəmisi olan şirkət karbon neytrallığına nail olmaq strategiyasını açıqlayıb

Limanlarda gəmilərə yedək xidmətləri göstərən “Svitzer” (“A.P. Moller-Maersk” Qrupuna daxildir) karbonsuzlaşdırma strategiyasını təqdim edib. Şirkət bu strategiya ilə 2040-cı ilə qədər karbon neytrallığına nail olmağı hədəfləyir.

“Seanews.az”-ın məlumatına görə, “Svitzer”-in strategiyası iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 2030-cu ilə qədər şirkətin yedək gəmiləri donanmasının istismarından karbon qazı emissiyaları 50% azaldılacaq. İkinci mərhələdə on il ərzində sıfır CO2 emissiyasına nail olunacaq.

Bu iddialı məqsədlərə nail olmaq üçün “Svitzer” öz donanmasının modernləşdirilməsinə və yanacağa sərmayə qoyacaq.

Öz donanmasının yanacaq balansını dəyişmək niyyətində olan şirkət “EcoTow” layihəsini həyata keçirir: “Svitzer”-in London, Felikstoy və Sauthemptondakı bütün donanması aşağı karbonlu bioyanacaqlara keçib. Bu təcrübədən Böyük Britaniyanın digər limanlarında və digər ölkələrdə istifadə olunacaq. Şirkətin mütəxəssisləri yedək gəmilərinin istismarında metanoldan yanacaq kimi istifadə imkanlarını öyrənəcəklər. Gələcəkdə yedək gəmilərinin karbonsuz yanacaqla işləyə bilməsi üçün onların modernləşdirilməsi zəruridir.

“Svitzer”, Kanada layihə bürosu tərəfindən hazırlanmış və ətraf mühitə çox az təsir göstərəcək “TRANsverse Tug” yedək gəmisinin innovativ layihəsini işə salır. Gəminin 2023-cü ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır.

Gəmilərə yedək, təchizat xidmətlər göstərən “Svitzer” 1833-cü ildən dənizçilik sənayesindədir. Şirkətin 4000 işçisi və 440 gəmidən ibarət ixtisaslaşmış donanması var. “Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən şirkət hər il gəmiləri ilə 135 000-dən çox müxtəlif əməliyyatlar həyata keçirir və liman sularında və terminallarda 50 000-dən çox LNG tankerini müşayiət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır