Latviya və Polşa limanlardan birgə istifadə edəcəklər
Latviya və Polşa kömürün daşınması üçün liman qurğularından birgə istifadə haqqında razılığa gəliblər.
“Seanews.az”-ın məlumatına görə, razılaşma Latviyanın nəqliyyat naziri Talis Linkayts və Polşanın infrastruktur və tikinti naziri Anjey Adamçik arasında əldə edilib.
Polşanı ildə 23 milyon tona qədər kömür emal etməyə qadir olan Latviya limanlarının ciddi imkanları cəlb edir.
Tərəflər gələcəkdə Latviya limanlarından birində kömür emalı məntəqəsinin yaradılmasına diqqət yetirməklə, tranzit sahəsində əməkdaşlığı genişləndirərək ekspertlər səviyyəsində işləmək qərarına gəliblər.
İlin birinci yarısında Latviyanın üç limanında 4,44 milyon ton kömür aşırılıb. Bu, keçən ilin eyni dövrünə nisbətən 20,6 dəfə çox olsa da, bütövlükdə Latviyanın yükaşırma müəssisələrinin imkanlarından xeyli aşağı göstəricidir.
Müqayisə üçün deyək ki, Latviya limanlarında pandemiyaya qədər - 2019-cu ildə 16,8 milyon ton, 2018-ci ildə 20, 8 milyon ton kömür işlənmişdi.


