Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

“MSC” 700 milyon avroya iki konteyner terminalı alıb

“MSC”-nin törəmə terminal operatoru “MSC Terminal Investment Ltd” (“TiL”) Fransanın Havr limanındakı üç konteyner terminalından ikisinin sahibi olub.

“Seanews.az”-ın məlumatına görə, “TiL” şirkəti “Ocean Terminal” və “Terminal de Normandie” terminallarını 700 milyon avroya alıb.

 “TiL” terminallardakı portal kranların sayını iki dəfə artıraraq 20-yə çatdıracaq. 2028-ci ilə qədər müəyyən ərazilərin profilinin dəyişdirilməsi konteyner tutumunu üç dəfə artırmağa imkan verəcək. İki terminalın hazırkı gücü ildə təxminən iki milyon TEU-dur.

Ümumilikdə, Havr limanında keçən il 2,78 milyon TEU aşırılıb ki, bu da 2020-ci ilə nisbətən 15,4% çoxdur.

Havr Avropanın ən böyük konteyner limanları reytinqində 10-cu yeri tutur. Avropanın ən böyük limanları olan Rotterdam və Antverpendə davam edən sıxlıq biznesini genişləndirən “MSC”-ni alternativlər axtarmağa vadar edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır