Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Batmış gəmilər dənizin dibində çox qalmayacaq

Rusiya batmış gəmilər dənizin dibindən çıxarılacaq.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi batmış gəmilərin konkret siyahısını tərtib edib. Nazirliyin əmr layihəsi ictimai müzakirəyə çıxarılıb.

Sənədə əsasən Uzaq Şərqdə batan gəmilər daxildir. Həştərxan, Leninqrad və Murmansk vilayətlərində də su sahələrinin dibində belə obyektlər az deyil. Onların arasında yedək gəmiləri, esmineslər, torpedo qayıqları, ov şxunerlərinin qalıqları və digər su nəqliyyatı növləri var. “Rossiyskaya qazeta”nın yazdığına görə, ümumilikdə 226 ədəddir.

İndi batmış gəmilərin dənizin dibindən qaldırılması Rusiya Federasiyasının Daxili Su Nəqliyyatı Məcəlləsi (KVVT) və Rusiya Federasiyasının Ticarət Gəmiçiliyi Məcəlləsi (KTM) ilə tənzimlənir. Rusiya Hüquqşünasları Assosiasiyasının üzvü Natalya Skryabina “Rossiyskaya qazeta”ya müsahibəsində deyib ki, batmış gəmilər su nəqliyyatının hərəkətinə mane olarsa və ya ətraf mühitə zərər vurarsa, sahibləri  administrasiya tərəfindən müəyyən edilmiş müddət ərzində həmin gəmiləri utilizə etməyə borcludurlar. Əgər dənizin dibində olan gəmi su nəqliyyatının təhlükəsizliyini təhdid etmirsə və işinə maneçilik yaratmırsa, onda o, bir il ərzində qaldırılmalıdır.

Eyni zamanda, batmış gəmi naviqasiya üçün təhlükə yaratdıqda, üç ay ərzində, balıq ovuna mane olduqda isə altı ay müddətində dənizdən çıxarılmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır