Gəmiçilik şirkətini 3,7 milyard rubla almaq olar
Samarada böyük neftdaşıma şirkəti “Volqatanker” ASC satışa çıxarılıb. Artıq bir neçə ildir ləğv olunan çay gəmiçiliyi şirkətini 3,7 milyard rubla almaq olar. Bu barədə məlumat “Fedresurs” portalında yerləşdirilib.
“Seanews.az”-ın məlumatına görə, hərracda iştirak etmək üçün ərizələr 2022-ci il avqustun 23-dən 26-dək qəbul ediləcək.
“Volqatanker” 2007-ci ildən müflis olmağa başlayıb. İndi onun mülkünə - 1978-ci ildə tikilmiş “Belskaya-60” barjı, 1980-ci ildə inşa edilmiş “Belskaya-67” barjı, 1959-da tikilmiş “Volna” gəmisi, 1970-ci ildə inşa edilmiş "Şlüz-47" yedək-itələyici gəmi, 1936-cı ildə tikilmiş iki "Parodatel" gəmisi, neft vurmaq üçün iki stansiya, mazut vurmaq üçün bir stansiya, eləcə də üzən emalatxanaya yeni sahib axtarırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


