Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Çinin gəmiqayırma sənayesi lider mövqeyini qoruyur

2022-ci ilin birinci yarısında Çinin gəmiqayırma sənayesi üç əsas göstərici -istehsalın həcmi, yeni sifarişlər və mövcud sifarişlər üzrə lider mövqeyini qoruyub saxlayıb.

ÇXR Sənaye və İnformasiyalaşdırma Nazirliyinin məlumatına görə bu ilin yanvar-iyun aylarında Çin tərsanələrinin istehsal həcmi dedveytlə (dvt) 18,5 milyon ton olub ki, bu da dünya üzrə gəmiqayırma həcminin 45,2%-I deməkdir.

Birinci yarımildə gəmilərin tikintisi üzrə yeni sifarişlərin həcmi 22,46 milyon ton dvt və ya dünya üzrə bütün yeni sifarişlərin ümumi həcminin 50,8%-ni təşkil edib.

İyunun sonuna Çin gəmiqayırma holdinqlərinin sifarişləri 18,6% artaraq 102,74 milyon ton dedveytə, bazar payı isə 47,8%-ə çatıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır