Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-15,
Seanews
Heyder Eliyev

Yeni xidmət Hindistan mallarının Banqladeşə çatdırılma müddətini 60% azaldacaq

Hindistan bayrağı altında üzən “Pradyun” yük gəmisi Kəlküttə şəhərindən Dəkkə yaxınlığındakı Banqladeş çay limanına 50 TEU konteyner çatdırıb.

“Seanews.az”-ın məlumatına görə, “Maersk”-in çaylar və Benqal körfəzi sahilləri boyunca yükdaşımaların artırılmasına hesablanan barj xidməti təkcə Hindistan və Banqladeş arasında deyil, həm də dənizə çıxışı olmayan Butanla ticarətin inkişafına təkan verəcək.

Yeni xidmət Hindistan ixracatının Banqladeşə çatdırılma müddətini 60% azaldacaq. Yüklər əvvəllər Hindistan limanına, sonra Çittaqonq limanına və oradan təyinat yerinə göndərilirdi.
Hazırda hər iki ölkə hökuməti Tranzit və Ticarət Protokoluna əsaslanan marşrutlar sistemini fəal şəkildə inkişaf etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır