Kontr-admiral gəmilərin radardan yayınan stels texnologiya ilə təchiz olunduğunu iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri iddia edib ki, donanmanın katerləri indi düşmən radarından yayınmağa qadir olan gizli (stels) texnologiya ilə təchiz olunub.
Ordu.az xəbər verir ki, bu barədə SEPAH-ın kontr-admiralı Əlireza Tanqsiri bildirib.
O qeyd edib ki, İran donanması təkmilləşdirilmiş gəmilər, sabit qanadlı təyyarələr və PUA-lara sahibdir və HDQ ən müasir hərbi sistem, texnikanın istehsalı və inteqrasiyası üçün daim müdafiə təşkilatları ilə sıx əməkdaşlıq edib.
Tanqsiri bildirib ki, xidmətin sürət qayıqlarının gövdə materialı və forması onların düşmən tərəfindən aşkar edilməməsini təmin etmək üçün stels texnologiya texnikalarından istifadə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


