Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Konteyner gəmiləri üçün qəbul edilən sifarişlərə görə Çin tərsanələri liderdir

Hazırda dünya üzrə ümumi tutumu 6,88 milyon TEU olan 876 konteyner gəmisi sifariş edilib. Bunlardan ümumi tutumu 3,66 milyon TEU olan 514 gəmi Çində tikilir.

“Seanews.az”-ın məlumatına görə, Cənubi Koreyada ümumi tutumu 2,33 milyon TEU olan 266 konteyner gəmisi, Yaponiyada isə ümumi tutumu 581 000 TEU olan 85 konteyner gəmisi inşa olunur.

Konteyner gəmiləri üçün qəbul edilən sifarişlərə görə Çin tərsanələri liderdir. Belə ki, “Yangzijiang Shipbuilding” 94, “Shanghai Waigaoqiao Shipbuilding”  34, “New Times Shipbuilding”  31, “Jiangnan Shipyard”  21, “Hudong-Zhonghua Shipbuilding”  16 konteyner gəmisi inşa edir.

Qeyd olunur ki, yeni konteyner gəmiləri üçün sifarişlərin 50%-dən çoxu xətti operatorların, qalan hissəsi isə tonaj tədarükçülərinin payına düşür. Ümumi tutumu 1,5 milyon TEU-dan çox olan ən böyük sifariş qovluğu “MSC”-yə məxsusdur.

“Sea-web S&P Global Intelligence” məlumatlarına istinadən demək olar ki, ən çox tələb olunan tutumu 12 min TEU ilə 17 min TEU arasında olan konteyner gəmiləridir. Sifarişlərin yarısı onların payına düşür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır