San Juan adasında balıqçı gəmisi batıb
Avqustun 13-də “Aleutian Isle” balıqçı gəmisi San Juan adasının sahillərində batıb.
ABŞ Sahil Mühafizəsinin məlumatına görə, 15 metrlik gəmidə 9,842 litr dizel yanacağı və neft olub. Beş heyət üzvünün hamısı xilas edilib.
Hadisə nəticəsində Sunset Point-dən qərbə doğru sızma və su sahəsinin neft məhsulları ilə çirklənməsi baş verib.
Xüsusi neft dağılmalarının təmizlənməsi fondu təmizləmə işləri üçün 130 000 dollar ayırıb. Podratçılar sahil zolağının hissələrinə təsirləri minimuma endirməyə çalışıblar.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


