Helsinki limanına 4404 gəmi yan alıb
2022-ci ilin yanvar-iyul aylarında Helsinki limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artaraq 8,94 milyon tona çatıb.
“Seanews.az”-ın məlumatına görə, yüklərin altlıqlarda daşınmasının həcmi 7,2% - 7,5 milyon tona qədər, balker yükləri 9,8% - 800,7 min tona qədər, konteyner dövriyyəsi 0,4% - 282,66 min TEU-ya qədər artıb. Liman vasitəsilə daşınan avadanlıqların sayı 9,4% artaraq 411,38 min olub.
Sərnişinlərin sayı 203,1% artaraq 4,46 milyon nəfər təşkil edib. Gəmi daxilolmalarının sayı 8,6% artaraq 4404-ə çatıb.
Helsinki limanı Finlandiyanın ən böyük yükaşırma müəssisələrindən biridir. Finlandiyada sərnişin axınının 77%-i Helsinkidən keçir. 2020-ci ildə Helsinki limanının yük dövriyyəsi 13,3 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


