“Rezki” korveti dəniz sınaqlarına başlayıb
Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasını gücləndirmək üçün inşa edilən “Rezki” korveti dəniz sınaqlarına başlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, “Sterequski” sinfinə məxsus korvet “Amur” Gəmiqayırma Zavodunda inşa edilib.
Sözügedən korvetlər gəmi əleyhinə “Uran” raketi və “Redut” hava hücumundan müdafiə raket sistemi daşıyır. Toplar və hava hücumundan müdafiə silahları ilə təchiz olunan “Rezki” korveti, göyərtəsinə həmçinin “Ka-27” hərbi helikopterləri götürəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


