Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Balıqların kütləvi məhvi ilə bağlı üç ehtimal nəzərdən keçirilir

Polşanın ikinci ən uzun çayı olan Oder mənşəyi məlum olmayan zəhərli maddələrlə çirklənib. Ölkədə son illərin ən ağır təbii fəlakətinə səbəb olan bu hadisə nəticəsində 100 tondan artıq balıq məhv olub.

Almaniya və Polşa laboratoriyaları iki ölkə arasında sərhəd çayı olan Oder fəlakətin səbəbinin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.

Balıqların kütləvi məhvi ilə bağlı hazırda üç ehtimal nəzərdən keçirilir. İlk fərziyyə Oder çayının sənaye müəssisələri tərəfindən kimyəvi çirkləndirilməsi və ya sənaye tullantılarının qeyri-qanuni şəkildə çaya axıdılmasıdır. Amma Ətraf Mühit üzrə Baş İnspektorluğun apardığı analizlər bu fərziyyəni inkar edib.

İkinci fərziyyə fəlakətin təbii səbəblərdən baş verdiyini, yəni yüksək temperatur və suyun aşağı səviyyəsi nəticəsində zərərli maddələrin konsentrasiyasının artmasını ehtiva edir.

Üçüncü fərziyyədə isə sənaye tullantılarındakı xlorun suyun dibindəki seqmentlərlə qarışaraq zərərli komponentlərə çevrilməsi dayanır.

Qeyd edək ki, zəhərlənmiş balıqlarda pestisidlər və radioaktiv izotoplar aşkarlanmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır