Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Neft oğurlamaqda şübhəli bilinən “VLCC Heroic İdun” tankeri saxlanılıb

Ekvatorial Qvineya Nigeriyadan neft oğurlamaqda şübhəli bilinən “VLCC Heroic İdun” tankerini saxlayıb.

“Dryad Global”-ın məlumatına görə,  Marşal adalarının bayrağı altında üzən tankerin Nigeriya sahillərindəki AKPO neft hasilatı sahəsində şübhəli fəaliyyət göstərdiyi və Nigeriya Milli Neft Korporasiyasının razılığı olmadan nefti daşıdığı iddia edilir.

Tankerin heyətinin Nigeriya Sahil Mühafizəsinin gəmisi ilə təmasdan qaçdığı və dayanma tələbinə cavab olaraq sürəti artırmaqla aradan çıxmağa çalışdığı bildirilir. Bundan sonra Nigeriya hakimiyyət orqanları gəminin saxlanması üçün Ekvatorial Qvineyadan kömək istəyib və neft oğurlamaqda şübhəli bilinən “VLCC Heroic İdun” tankeri həmin ölkənin  qüvvələri tərəfindən saxlanılıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır