Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Hidrogenlə işləyən ilk yedək gəmisi suya buraxılıb

İspaniyanın “Astilleros Armon” tərsanəsində dünyanın hidrogenlə işləyən ilk yedək gəmisi suya buraxılıb.

“Seanews.az”-ın məlumatına görə, Belçikanın Antverpen-Brügge limanının sifarişi ilə tikilən gəmi“ Schottel” pərvanə-sükan kompleksi ilə təchiz olunacaq.

Gəminin istismara verilməsi 2023-cü ilin əvvəlinə planlaşdırılır.

Sifarişçiyə təhvil verildikdən sonra yedək gəmisi Avropanın ikinci ən böyük yükaşırma müəssisəsi olan Antverpen-Brügge limanına yan alacaq gəmilərə xidmət göstərəcək.

1963-cü ildə əsası qoyulan  “Astilleros Armon” gəmiqayırma qrupu altı şirkəti birləşdirir. Qrup indiyədək 950-dən çox gəmi inşa edib. “Astilleros Armon” uzunluğu 180 metrdən çox olmayan müxtəlif növ gəmilərin, o cümlədən balıqçı, yedək, təchizat gəmilərinin tikintisi üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır