Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Tanker eyni vaxtda dörd layneri yanacaqla təmin edə biləcək

Norveçin “Ulstein” şirkəti kiçik ərimiş duzlu torium reaktoru olan “Thor” tankerin layihəsi üzərində işləyir. Ondan gəmilərin elektrik mühərriklərinin doldurulması üçün istifadə edilməsi planlaşdırılır.

“Seanews.az”-ın məlumatına görə, 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı gəmiçilik şirkətlərinin 2050-ci ilə qədər istixana qazı emissiyalarını yarıya qədər azaldacaqları barədə öhdəlik götürüb. Mümkün həll yollarından biri, “Ulstein” şirkətinin  bir neçə ildir inkişaf etdirdiyi elektriklə işləyən gəmilərə keçməkdir.

2019-cu ildə “Ulstein” şirkəti dünyanın elektriklə işləyən “Color Hybrid” adlı ən böyük bərəsini istismara verdi. Bu il isə akkumulyatorla işləyən elektrik mühərrikli “Sif” kruiz gəmisi layihəsini təqdim etdi. Norveçlilər elektrik gəmilərinə xidmət göstərən infrastruktur haqqında da düşünürdülər. Hər dəfə enerji qəbul etmək üçün limana daxil olmaq o qədər də asan deyil deyil.

Nəzərə alsaq ki, “Sif” layneri  Arktika və Antarktika suları da daxil olmaqla, uzaqlara kruiz səfərləri edəcək.

Həll yolu “Thor” tankeridir.

Əslində, bu, ərimiş duzlar üzərində nüvə reaktoru olan 149 metr uzunluğunda mobil üzən atom elektrik stansiyasıdır, burada torium parçalanan material kimi istifadə olunur.

“Ulstein” şirkətinin əməkdaşı Tonye Ruud deyir: "Thor” tankeri eyni vaxtda dörd kruiz gəmisini yanacaqla təmin edə biləcək. Batareyalar hələ dəniz mühitində geniş şəkildə qəbul edilməyib, lakin getdikcə daha çox gəmi sahibi akkumulyator sistemləri quraşdırmağa üstünlük verir və “Ulstein” şirkəti çoxsaylı gəmilərin yenidən qurulmasında iştirak edib."

Mütəxəssislərin fikrincə, “Thor” layihəsi hələ başlanğıc mərhələsindədir. “Ulstein” şirkəti ideyanı həyata keçirmək üçün tərəfdaşlar və investorlar axtarır. “Əgər bir neçə maraqlı tərəf eyni vaxtda bu ideya üzərində işləsə, o zaman o, 10-15 il ərzində layihə kerçəkləşə bilər”, - Tonye Ruud bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır