Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

“Power ARK” gəmisinin ilk modelinin üzmə məsafəsi təxminən 185 dəniz mili təşkil edəcək

Dəniz külək stansiyaları tərəfindən istehsal olunan elektrik enerjisinin qurudakı istehlakçılara çatdırılması üçün yeni texnoloji həll tapılıb. İndi söz gəmi inşaatçılarınındır.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Yaponiyanın perspektivli enerji layihəsi sayılan “Power X”-in müəllifləri böyük milli əməliyyat şirkəti “Nippon Yusen Kabushiki” (“NYK”) ilə doldurulmuş akkumulyatorların daşınması üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış gəminin işlənib hazırlanması və təchizatı ilə bağlı müqavilə bağlayıblar.

Gəmi - enerji bloku daşıyıcısı  “Power ARK vessel” (PAV) konsepsiyası əsasında yaradılır və onun tikintisi Yaponiyanın “Imabari Shipbuilding” gəmiqayırma şirkətinin tərsanəsində həyata keçiriləcək.

Təxminən 27 milyon dollarlıq ilkin investisiya ilə ilkin enerji daşıyıcısının prototipinin artıq 2025-ci ildə hazırlanacağı güman edilir.

Konstruksiyanın əsas xüsusiyyətlərindən biri gövdənin  trimaran sxeminə uyğunlaşdırılmasıdır. Müəlliflərin fikrincə, belə gəminin kiçildilmiş forması bir səfərdə 220 MVt-a qədər elektrik enerjisi daşıya biləcək.

Güman edilir ki, “Power ARK” gəmisinin ilk modellərinin üzmə məsafəsi təxminən 185 dəniz mili (təxminən 342 km) təşkil edəcək ki, bu da mövcud dəniz külək stansiyalarının əksəriyyətindən elektrik enerjisini sahilə çatdırmağa kifayət edəcək. Gələcəkdə elektrik enerjisinin transkontinental miqyasda nəqlini təmin etməli olan yeni növ gəminin üzmə məsafəsinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır