Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-14,
Seanews
Heyder Eliyev

Sinqapurda bio-metandan gəmi yanacağı kimi istifadənin imkanları araşdırılacaq

Sinqapur Dəniz və Liman İdarəsi (MPA), “CMA CGM Group” və “Singapore LNG Corporation” (SLNG) mayeləşdirilmiş bio-metanın gəmi yanacağı kimi tədarükü və istifadəsinin araşdırılması ilə bağlı anlaşma memorandumu imzalayıblar.

“Seanews.az” xəbər verir ki, razılaşmaya əsasən, tərəflər bio-metanın sertifikatlaşdırılması, tədarükü və yanacaq kimi istifadəsi üzrə təcrübə mübadiləsi aparacaq, həmçinin Sinqapurun mövcud qaz infrastrukturunun bu yanacağın təchizatında istifadəsi imkanlarını qiymətləndirəcəklər.

Tərəflər bio-metanın təbii qazla eyni infrastrukturda qarışdırılması zamanı dayanıqlılıq göstəricilərinin və istixana qazı emissiyalarının azaldılması nəticələrinin necə uçota alınacağını da araşdıracaqlar. Bu məqsədlə real istismar şəraitində sınaqların keçirilməsi planlaşdırılır.

Təşəbbüs Sinqapurda mövcud LNG yanacaq təchizatı infrastrukturundan istifadə etməklə daha aşağı emissiyalı alternativ yanacaqların tətbiqini genişləndirməyə yönəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır