İrlandiya balıqçılıq donanmasının ixtisarına 80 milyon avro xərcləyəcək
“Daha yaşıl və daha innovativ” etmədikcə İrlandiyanın balıqçılıq donanmasının üçdə bir hissəsinin ixtisarı balıq populyasiyasının xilasına kömək etməyəcək.
“Seanews.az”-ın məlumatına görə,İrlandiyanın kənd təsərrüfatı, ərzaq və dəniz ətraf mühit naziri Çarli Makkonaloq təsdiqləyib ki, İrlandiya hökuməti Dəniz Məhsulları üzrə İşçi Qrupunun tövsiyəsini yerinə yetirəcək və "balıqçılıq donanmasının tutumunu və Aİ-Böyük Britaniya Ticarət və Əməkdaşlıq Sazişi çərçivəsində azaldılmış kvotaları yenidən balanslaşdıracaq".
İrlandiya hökuməti balıqçılara və balıq emal edənlərə kompensasiya ödənilməsi məqsədi ilə 80 milyon avro ayırıb.
Yükgötürmə qabiliyyəti 8000 tona və gücü 21000 kVt-ya qədər olan gəmilərin könüllü olaraq istismardan çıxarılması nəzərdə tutulur. Sahiblərinə hər ton üçün 12 000 avroya və hər heyət üzvü üçün 50 000 avroya qədər kompensasiya veriləcək.
Nazir əmin olduğunu bildirib ki, Dəniz Məhsulları üzrə İşçi Qrupunun tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər paketi balıqçılıq donanmasının, dəniz məhsulları istehsalının və ondan asılı olan sahil icmalarının həyat qabiliyyətinə töhfə verəcək.
Dəniz Məhsulları üzrə İşçi Qrupunun baş direktoru Aod O'Donnell isə deyir ki, irlandiyalı balıqçılar aşağı və ədalətsiz kvotalar, yüksək yanacaq qiymətləri səbəbindən işini itirir. İrlandiyanın 60 trauleri cədvələ uyğun olaraq istismardan çıxarılacaq.
Son səkkiz il ərzində İrlandiya balıqçılıq sənayesi Avropada üçüncü yerdən onuncu yerə düşüb.
Aod O'Donnell-in sözlərinə görə, İrlandiya Brexit səbəbindən balıqçılıq kvotalarını itirib. Kvotaların yenidən bölüşdürülməsi ədalətsiz olaraq Avropa İttifaqının digər dövlətlərinin xeyrinə həyata keçirilib. İrlandiya sularında balıq ovu kvotaları digər AB ölkələrinə verilib. Digər Avropa ölkələrində yanacaq xərclərinin artımı isə Aİ-dən 30% yanacaq subsidiyası ilə kompensasiya edilib.


