Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-18,
Seanews
Heyder Eliyev

“NYK Group” 700 gəmidən ibarət donanmanı idarə edir

“NYK” gəmiçilik şirkəti ilə “Kyuden” şirkətlər qrupuna daxil olan “Q United Energy Supply & Trading Co.” arasında yeni LNG tankerinin uzun müddətli çarterinə dair saziş imzalanıb.

“Seanews.az”-ın məlumatına görə, uzunluğu  293 metr, eni  24 metr olan  LNG gəmisi “Samsung Heavy Industries Co. Ltd.” -nin tərsanəsində tikilir və 2024-cü ildə sifarişçiyə təhvil veriləcək.

“NYK” şirkəti “Kyuden Group” ilə təkcə LNG daşımalarında deyil, həm də LNG təchizatında və dünyada ilk böyük tutumlu LNG  ilə işləyən kömür daşıyıcısının tikintisində tərəfdaşlıq etmək niyyətindədir.

Baş ofisi Tokioda yerləşən “Nippon Yusen Kabushiki Kaisha” (“NYK Line”) beynəlxalq logistika, gəmiçilik, kruiz, terminal əməliyyatları, daşınmaz əmlakın idarə edilməsi və digər əməliyyatlar üzrə ixtisaslaşmışdır. “NYK Group” 700 müxtəlif gəmidən ibarət və ümumi dedveyti 60 milyon tondan çox olan donanmanı idarə edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır