Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Fincantieri” gəmiqayırma zavodunda  “Explora II”  gəmisi suya buraxılıb

Genuyadakı “Fincantieri” gəmiqayırma zavodunda eyni seriyalı ikinci “Explora II” suya buraxılıb və üçüncü laynerin – “Explora III”-ün tikintisinin başlandığını bildirən metal kəsmə mərasimi keçirilib.

"Seanews.az" xəbər verir ki, “MSC Group” kruiz brendi üçün eyni seriyadan dörd gəminin tikintisi üzrə müqavilənin dəyəri təqribən 2,4 milyard dollardır. İlk gəmi “Explora I” 2023-cü ilin iyulunda “Monfalcone” tərsanəsində suya buraxılıb.

“Explora II” laynerinin sifarişçiyə təhvil verilməsi 2024-cü ilin yayına planlaşdırılır. Gəminin Aralıq dənizində kruiz səfərləri edəcəyi güman edilir.

İndi seriyanın ilk gəmisi “Explora I” Avropada debüt mövsümünü başa vurur və Karib dənizi, ABŞ-ın şərq və qərb sahilləri arasında qış səfərlərinə hazırlaşır. 2024-cü ilin yayında Aralıq dənizinə qayıdacaq.

Üçüncü “Explora” gəmisi 2026-cı ilin yayında istismara veriləcək. O, “MSC”-nin donanmasında mayeləşdirilmiş təbii qazla (LNG) işləyən ilk layner olacaq. 2024-cü ilin yanvarında “Fincantieri” gəmiqayırma qrupu seriyanın dördüncü gəmisinin inşasına başlayacaq. O da LNG ilə işləyəcək. Bütün işlərin tamamlanması 2027-ci ilin əvvəlinə planlaşdırılır.

“Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. Zavodlarında indiyədək 7 mindən çox gəmi inşa olunub. Əsasən kruiz gəmilərinin tikintisi üzrə ixtisaslaşmış “Fincantieri” həmçinin hərbi dəniz gəmiləri, bərələr, meqa yaxtalar və ixtisaslaşdırılmış gəmilər üçün də sifarişlər qəbul edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır