Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-04,
Seanews
Heyder Eliyev

“MSC Poesia” kruiz gəmisinin Karib hövzəsinə səfəri ləğv edilib

ABŞ Sahil Mühafizəsi gəmidə aşkar edilmiş texniki çatışmazlıqlara görə “MSC Poesia” kruiz gəmisinin Mayamidən Karib hövzəsinə planlaşdırılan səfərini dayandırıb. Nəticədə, 11 günlük kruiz səfəri ləğv edilib.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, sərnişinlər noyabrın 1-də gəmiyə minərək səfərə çıxmağa hazırlaşsalar da, gəmi Mayami limanında saxlanılıb. ABŞ Sahil Mühafizəsinin keçirdiyi yoxlama zamanı gəminin bort sistemlərində çatışmazlıqlar aşkarlanıb.

“MSC Cruises” şirkəti yaranmış problemi səfər başlayana qədər həll edə bilmədiyi üçün kruizi ləğv etmək qərarına gəlib. Sərnişinlərə bilet pulunun tam qaytarılacağı, həmçinin onların evlərinə qayıtmasına kömək göstəriləcəyi bildirilib.

ABŞ Sahil Mühafizəsi çatışmazlıqlar aradan qaldırılana və gəminin səfərə yararlılığı təsdiqlənənədək onun limandan çıxmasına icazə verilməyəcəyini açıqlayıb.

2008-ci ildə inşa edilmiş, Panama bayrağı altında üzən “MSC Poesia” gəmisinin sərnişin tutumu 3223 nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır