Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Vitol” Asiyanın ilk bioyanacaqla təchizat gəmisini istismara qəbul edib

“Vitol Bunkers” (“Vitol”-a daxildir) Sinqapurun ilk xüsusi “IMO Type-2” sinifli yanacaq təchizatı gəmisi olan “Marine Future” barjını təhvil alıb.

“Seanews.az” xəbər verir ki, “V-Bunkers” şirkəti ehtiyaclarından asılı olaraq gəmiləri B-24, B-30 və B-100 markalı bioyanacaq qarışıqları ilə təmin edəcək.

Barjın uzunluğu 102,6 metr, tutumu təxminən 7 min ton bioyanacaqdır. “Marine Future” gəmisi Çin tərsanələrindən birində inşa edilib.

Sinqapurun Dəniz və Liman İdarəsinin məlumatına görə, 2023-cü ildə Sinqapurda 520 min ton bioyanacaq satılıb ki, bu da 2022-ci ildəki həcmdən (140 min ton) 3,7 dəfə çoxdur.

“Vitol Bunkers” gəmiçilik sənayesi üçün enerji həlləri təmin etmək üzrə ixtisaslaşmışdır. Şirkət bütün dünyada gəmi və donanma sahiblərini bunker yanacağı ilə təmin edir. “V-Bunkers” Sinqapurun 20-dən çox bunker gəmisindən ibarət donanmasının aparıcı operatorudur.

İsveçrə-Niderland şirkəti “Vitol” (Cenevrə) 1966-cı ildə yaradılıb. Dünyada 40-a yaxın nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən bu böyük bunker şirkəti yanacaq təchizatı ilə yanaşı, həm də yükdaşıma ilə məşğul olur. “Vitol”-un donanmasına 250-dən çox dəniz yük gəmisi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır