Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Balkan” gəmiqayırma zavodu “Damen”in nəzarəti altında yerqazan gəmi inşa edir

Türkmənistanın “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu “Damen Shipyards Group”-un mühəndislərinin nəzarəti altında “CSD 650” layihəli yerqazan gəminin yığılmasını həyata keçirəcək.

“Seanews.az” Zavodun mətbuat xidmətinə istinadən xəbər verir ki, quraşdırma işləri “Sowda Gurlusyk Maslahat”-ın sifarişi ilə həyata keçirilir.

“CSD 650”-nin “Balkan” zavodunda yığılması Türkmənistanda “Damen” qazma qurğularının istehsalının lokallaşdırılması istiqamətində ilk addım olacaq. Bu, nəinki onların alınması xərclərini azaldacaq, həm də yeni iş yerləri yaradacaq, eləcə də türkmən mütəxəssislərinin gəmiqayırma sahəsində ixtisaslarını artıracaq”, - deyə məlumatda bildirilir.

“CSD 650” layihəli qazma qurğusu ümumi uzunluğu 61,2 metr olan 535 tonluq gəmidir. O, 18 metrədək dərinlikdə dib qazmaq üçün nəzərdə tutulmuş 700 kVt gücündə kəsici ilə təchiz edilmişdir. Yürqazan saatda təxminən 7 min kubmetr torpaq qazır.

“Balkan” gəmiqayırma və gəmi təmiri zavodu Türkmənbaşı beynəlxalq dəniz limanında yerləşir. Müəssisə ildə 10 min ton polad emal etməyə qadirdir ki, bu da ona ildə 4-6 gəmi inşa etməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır