Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çinin “Hudong-Zhonghua” tərsanəsində “QC-Max” sinifli gəmilər tikiləcək

“QatarEnergy” və “Qatar Gas Transport Company”-nin (“Nakilat”) imzaladığı uzunmüddətli müqaviləyə əsasən “Nakilat” doqquz “QC-Max” sinifli LNG tankerinə sahib olacaq və onu idarə edəcək.

“Seanews.az” xəbər verir ki, “QatarEnergy” şirkətinin bəyanatında belə deyilir.

271 min kubmetr tutumlu doqquz “QC-Max” sinifli gəmi Çinin “Hudong-Zhonghua” tərsanəsində tikiləcək.

“QatarEnergy”-nin donanmanın genişləndirilməsi proqramına 104 şərti mayeləşdirilmiş təbii qaz tankeri və 18 “QC-Max” sinifli LNG gəmisinin tikintisi və taym-çarter müqavilələri daxildir. Bu gəmilərdən birincisinin təhvil verilməsi 2024-cü ilin üçüncü rübünün sonuna planlaşdırılır.

2024-cü ilin fevralında “Nakilat” gəmiçilik şirkəti 25 standart tonajlı LNG tankerinin sahibi və operatoru seçilib. “QatarEnergy”-nin donanmasının genişləndirilməsi çərçivəsində doqquz yeni “QC-Max” sinifli LNG tankerinin istismarı üçün üç Çin gəmiçilik şirkəti ilə də müqavilələr imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır