Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Fransa Yunanıstan üçün 3 freqat inşa edir

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bir həftədən sonra Fransa prezidenti Emmanuel Makronla görüşəcəyini və bundan əvvəl Loryanda üç “Belharra” freqatının tikildiyi gəmiqayırma zavoduna baş çəkəcəyini bildirib.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki, “Kimon” freqatı Yunanıstan Hərbi Dəniz Qüvvələrini gücləndirəcək “Belharra” layihəsinin üç freqatından birincisidir. 2023-cü ilin oktyabrında “Kimon” Loryandakı hərbi dəniz gəmiqayırma zavodunda suya buraxılıb. Bundan sonra gəmi sınaqdan keçirilməli, elektron sistemlər və bütün növ silahlarla təchiz edilməlidir.

Digər iki freqat da eyni mərhələdən keçəcək. Təxminən 122 metr uzunluğa,  4500 ton yükgötürmə qabiliyyətinə malik  “Kimon” maksimum 27 düyün sürətlə hərəkət edəcək.  Qabaqcıl rəqəmsal texnologiyalarla təchiz edilən freqatın heyəti 120 nəfərdən ibarət olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır