Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

24 188 TEU-luq yeni konteyner gəmisi “OOCL Denmark” adlandırılıb

“Orient Overseas Container Line” (“OOCL”) 24 188 TEU-luq ekoloji cəhətdən təmiz növbəti yeni konteyner gəmisinə ad vermə mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmiçiliyin mətbuat xidməti məlumat yayıb.

“OOCL Denmark” adlandırılan gəmi Çinin “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) tərsanəsində “OOCL” üçün tikilmiş altı gəmi seriyasının sonuncusudur.

Qərargahı Honkonqda yerləşən “OOCL” 65 ölkədə 320-dən çox ofisi olan nəhəng konteyner daşımaları və logistika şirkətidir. Şirkətin konteyner xidmətləri Asiya, Avropa, Şimali Amerika, Aralıq dənizi, Hindistan yarımadası, Yaxın Şərq və Avstraliya/Yeni Zelandiyanı birləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır