Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Təhlükəli yüklər daşıyan “YM Mobility” konteyner gəmisində partlayış baş verib

ÇXR-in Ninbo-Çjouşan limanındakı Beylun rayonunun konteyner terminalında dayanan “YM Mobility” gəmisində (yerli vaxtla saat 13:40) partlayış baş verib.

“Seanews.az” bu barədə Çinin dövlət televiziya kanalı “CCTV”yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, hadisəyə səbəb Tayvanın “Yang Ming” şirkətinə məxsus gəmidə konteynerin partlaması olub.  

Ölən və yaralananlar barədə məlumat verilmir.

Ninbo Dəniz Axtarış və Xilasetmə Mərkəzi dərhal üç yanğınsöndürən gəmini hadisə yerinə göndərib.

Mərkəzin məlumatına görə, tutumu 6589 TEU olan gəmi təhlükəli yüklər daşıyırmış. Bəzi mənbələr partlayan yükün qliserin olduğunu ehtimal edirlər.

Liberiya bayrağı altında üzən “YM Mobility” konteyner gəmisi 2011-ci ildə inşa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır