Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Çinin ilk dərin dəniz qazma tədqiqat gəmisi istismara verilib

Çində layihələndirilən və inşa edilən ilk dərin dəniz qazma gəmisi rəsmi olaraq Quandun əyalətinin Quançjou şəhərində istismara verilib.

“Seanews.az” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Çinin ən böyük elmi-tədqiqat gəmisi “Mengxiang”-in ("Arzu") uzunluğu təxminən 180 metr, eni  32,8 metr, yükgötürmə qabiliyyəti 42,6 min ton, tutumu 180 nəfər, maksimum qazma dərinliyi 11 km-dir.

Gəmi dənizin dərinliklərində elmi qazma, neft və qaz kəşfiyyatı, təbii qaz hidratlarının tədqiqi və sınaq çıxarılması üçün nəzərdə tutulub. “Mengxiang” gəmisinin baş konstruktoru Çjan Haybinin sözlərinə görə, dəniz sınaqları gəminin üstünlüklərini təsdiqləyib.

“Mengxiang” geologiya, geokimya, mikrobiologiya, okeanologiya və qazma texnologiyası sahələrində tədqiqatlar üçün doqquz müasir laboratoriyaya malikdir. Gəmi həmçinin dəniz tədqiqatları üçün nüvə nümunələrinin avtomatlaşdırılmış saxlama sistemi ilə təchiz olunub.

Qeyd olunur ki, elmi-tədqiqat gəmisi okean sularının qeyri-məhdud naviqasiya zonalarında çətin dəniz şəraitində normal fəaliyyət göstərə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır