Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“Orient Princess” kruiz gəmisində yanğın baş verib

2024-cü il noyabrın 18-də Çinin Tyanzin şəhərindəki “Haihe Bund” parkında dayanmış 57 yaşlı “Orient Princess” kruiz gəmisinin göyərtəsində yanğın baş verib.

Bu barədə “Seanews.az” “iMarine” nəşrinə istinadən xəbər verir.

Tyanzin Binhay Yanğın və Xilasetmə Mərkəzindən bildiriblər ki, yanğın bir saat ərzində söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb. Yanğın gələcək əməliyyatlara hazırlıq məqsədilə gəmidə təmir və təkmilləşdirmə işləri aparılarkən baş verib: izolyasiya materialı qığılcım nəticəsində alovlanıb.

“Orient Princess” (keçmiş “Yao Hua”) 1967-ci ildə tikilib. Uzunluğu 150,28 metr, eni  21 metr olan gəmi göyərtəsinə 500 nəfər - 350 sərnişin və 150 ​​heyət üzvü götürür.  Cənub-Şərqi Asiyada lüks üzən qumar evi kimi tanınan gəmidə tez-tez filmlər və televiziya şouları çəkilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır