Fransa sualtı qayıqlara qarşı mübarizə qabiliyyətini inkişaf etdirir
“Thales” Fransa Hərbi Dəniz Qüvvələrinə yüzlərlə “SonoFlash” hidroakustik şamandrası tədarükü üçün Fransa Müdafiə Tədarükü Agentliyi ilə müqavilə imzalayıb.
Ordu.az xəbər verir ki, Fransada istehsal olunan “SonoFlash” hidroakustik şamandrası Fransanın sualtı qayıqlara qarşı mübarizə (ASW) qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.
“Thales”in açıqlamasına görə, ATL2 kimi dəniz patrul təyyarəsində və ya NH90 kimi helikopterdə yerləşdirilən “SonoFlash” hidroakustik şamandrası sualtı qayıqların aşkar edilməsində rol oynayır.
Bundan əlavə, sistem “Flash” daldırma sonarı və “CAPTAS” ailəsinin sonarları ilə işləyə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır