BYD-nin gəmisi 7000 elektromobillə Türkiyəyə çatıb
Çində fəaliyyət göstərən elektrik avtomobil nəhəngi BYD-nin (Build Your Dreams) "BYD CHANGZHOU" gəmisi 7 min elektromobillə Kocaelinin Derince rayonundakı Safiport Limanına yan alıb.
"Seanews.az" xəbər verir ki, gəmi fevralın 25-də Çinin Ningbo limanından yola düşüb. 39 günlük səfərdən sonra 6 aprel tarixində Kocaelinin Derince rayonundakı Safiport Limanına çatıb.
Qeyd edək ki, bu gəminin uzunluğu 199, eni 38 metrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır