Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

miçilik Türkiyədə iki yeni şirkət təsis

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Türkiyədə iki yeni şirkət təsis edib. “Caspdry” və “Casptankers” adları ilə fəaliyyət göstərəcək şirkətlər Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmağa çalışacaq. “Caspdry” quru, “Casptankers” isə maye yüklər daşıyan gəmilərin  istismarını həyata keçirəcək. Fevralın 3-də İstanbulda keçirilən mərasimdə dünyanın tanınmış təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosu ( ABS) “Caspdry” şirkətinə İSM-in tələblərinə cavab verdiyini təsdiqləyən uyğunluq sertifikatını təqdim edib. Yaxın vaxtlarda “Casptankers”ə də belə sertifikatın təqdim olunacağı gözlənilir. Bu sertifikatlar isə hər iki şirkətə Xəzərdənkənar hövzələrdə iri həcmli gəmilərin istismarına imkan verəcək. ABS-in rəsmi nümayəndələri və auditorlarının iştirak etdiyi mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib ki, “Caspdry” və “Casptankers” bütün standartlara, o cümlədən yüksək təhlükəsizlik tələblərinə cavab verərək beynəlxalq sularda quru yük və neft məhsulları daşımalarında lider şirkətlərin birinə çevriləcəkdir. Eyni zamanda, şirkətlərin fəaliyyəti azərbaycanlı dənizçilərin beynəlxalq sularda üzmə imkanlarını da xeyli genişləndirəcək.Donanmasının yenilənməsinə xüsusi diqqət yetirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas hədəflərindən biri də xarici sularda davamlı fəaliyyət göstərməkdir. Hazırda Gəmiçiliyin Qara və Aralıq dənizlərində 10 quruyük gəmisi üzür.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır