Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

qıranlar-şimala qalib gələn gələn gəmi

Buzqıran gəmi –  buz bağlayan sularda gəmilərə yol açan, onları buzdan çıxaran, həmçinin naviqasiya rejimini saxlayan və onun müddətini uzadan gəmi. İlk buzqıran gəmi Rusiyanın 60 at gücündə olan “Paylot”  buxar gəmisi olmuşdur. Həmin gəmi 1864-cü ildə istismara verilib. Buzqıran gəmilərin çay, göl, dəniz və okeanların buz örtüyünü parçalayaraq, başqa gəmilərin üzməsinə imkan yaradan, onlara lazımi köməklik göstərən yardımçı gəmi və donmuş sularda sərbəst üzə bilən növləri var. Buzqıran gəmilərin əsasən aşağıdakı növlərindən istifadə olunur. Xətti buzqıran gəmilər Reyd buzqıran gəmilər Liman buzqıran gəmilər Çay buzqıran gəmilər Dəniz buzqıran gəmilər Çay buzqıran gəmiləri yaz-payız aylarında göllərin, çay limanlarının, gəmi təmiri müəssisələrinin akvatoriyalarında istifadə edilir. Dəniz buzqıran gəmiləri dənizlərin, dəniz limanlarının buz bağlamış akvatoriyalarının gəmiçiliyə yararlı vəziyyətdə saxlanması və Arktika naviqasiyası üçündür. Buzqıran gəminin gövdəsi adi gəmilərə nisbətən daha möhkəm, burun hissəsi isə sivri olur. Buzqıran gəmi burun hissəsi ilə buzun üzərinə çıxaraq ağırlıq qüvvəsi ilə onu parçalayır. Gəminin buzdankeçmə qabiliyyətini yüksəltmək üçün buzqıran gəmilər ballast və different sistemləri, buzqıran burun hissəsi isə bir neçə avar vinti ilə təchiz olunur. Ən güclü buzqıran gəmilər nüvə enerji-güc qurğusu ilə işləyir. Bunlara atom gəmilərini misal göstərmək olar. Müasir atom buzqıran gəmiləri şimal dənizlərində və Arktika bölgələrində olduqca mürəkkəb buz örtüyü şəraitində naviqasiya müddətini ildə 200–210 günə çatdırmağa imkan verir. Bu gün dünyada ən böyük buzqıranlardan biri  “Qələbənin 50 illiyi” gəmisidir. Baltik Gəmi Təmiri Zavodunda tikilən və müasir naviqasiya avadanlıqları ilə təchiz edilən gəminin texniki göstəriciləri aşağıdakı kimidir: Uzunluğu – 160 metr Eni – 30 metr Su tutumu – 25000 ton Heyət -140 nəfər Sərnişin – 128 nəfər Yanacaq ehtiyatı – 4 il Ötən il isə Rusiya  dünyanın ən  nəhəng buzqıranı olan “Arktika” gəmisini istifadəyə verdi. “Arktika” 22220 layihəsinin əsas gəmilərindən biridir  və Arktikanın  mənimsənilməsi üçün istifadə edilir. Qeyd edək ki, gəminin uzunluğu 173,3 metr, eni 34 metr, su tutumu 33,5 min ton, heyəti isə 75 nəfərdir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır