Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

intisi 3.1 milyard funt sterlinqə başa gələn aviadaşıyıcı ilk dəfə dənizə çı

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin flaqmanı və ən böyük gəmisi “ Queen Elizabeth” ilk dəfə dənizə çıxıb. Gəmi ordunun ixtiyarına verilənədək müxtəlif  hərbi-dəniz təlimlərində iştirak edəcək. Müasir avidaşıyıcı  Şərqi Şotlandiyanın “Rosyth” gəmiqayırma zavodunda tikilib. 70000 ton su tutumu olan gəmi “İnvincible” sinfinə aid aviadaşıyıcıları bütün parametrlərə görə  üç dəfə üstələyir. 280 metr uzunluğu olan gəmi 8 ilə tikilib. Heyəti 1200 nəfərdən ibarət  olan aviadaşıyıcının maksimal sürəti 25 uzeldir. Gəminin üzərinə “F35 B” tipli qırıcılar və “Merlin HM2” tipli helekopterlər eniş edə bilir. Assimetrik təhlükəyə cavab vermək üçün gəmidə 30 millimetrlik pulyemotlar quraşdırılıb. Aviadaşıyıcı iki kapitan körpüsündən idarə olunur. Onlardan biri gəmiyə,  digəri isə uçuşlara nəzarət edir. Göyərtə üç uçüş-eniş zolaqlarına bölünüb. Onların birinin uzunluğu 260 metrdir. Təyyarə və helikopterlər anqara 70 tonluq yükü qaldırmaq gücü olan liftlər vasitəsi ilə endirilir. Böyük Britaniyanın Müdafiə Naziriliyinin qərarı ilə gəmidə nüvə başlıqlı raketlər quraşdırılmayıb. Tikintisi 3.1 milyard funt sterlinqə başa gələn gəminin baş və köməkçi mühərrikləri “Rolls-Royce” şirkəti tərəfindən istehsal olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır