Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Merkuri -1“ ğəmi-bərəsi əsaslı təmir olunur-

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına  məxsus “Merkuri-1” gəmi-bərəsi təmir olunur. Gəmi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun “Neptun” tərsanəsinə qaldırılıb. Belə ki, gəmi-bərənin  sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş  mühərriklər əsaslı təmir olunur. Bəzi detallar yeniləri ilə əvəzlənir. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanır. Bərənin sualtı və suüstü hissəsində, vaqon göyərtəsində  təmizləmə və qruntlama işləri aparılır. Ondan sonra adı çəkilən hissələr rənglənəcək. Bərənin köhnə kompressorları yeniləri ilə əvəzlənəcək. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilir. Əsaslı təmir və sınaq üzüşü yekunlaşdıqdan sonra isə  gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı  xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq. Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 18.3  metr olan gəminin maksimal sürəti 15  uzeldir. Bərə göyərtəsinə 28 vaqon  götürmək qabiliyyətindədir. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır