Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Yang Ming” 11860 TEU tutumlu konteyner gəmisini qəbul edib

“Yang Ming” şirkəti 11860 TEU tutumlu "YM Trophy" konteyner gəmisini qəbul edib. Bu, “Yang Ming” şirkətinin “Shoei Kisen Kaisha, Ltd”-dən həmin tutumda icarəyə götürdüyü 14 konteynerdaşıyan seriyasından onuncu gəmidir.

“Seanews.az” xəbər verir ki,  uzunluğu 333,9 metr, eni 48,4 metr, suyaoturumu 16 metr olan konteynerdaşıyan  23 düyün sürətlə hərəkət edir.

Konteyner gəmiləri ballast suyu təmizləyici qurğu və “alternativ dəniz enerjisi” (AMP) ilə təchiz olunub.

"YM Trophy" konteynerdaşıyanı  Sindao – Ninbo  –  Pusan – Los-Anceles –  Kobe  –  Sindao marşrutu ilə limanlara yan alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır