Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Qazaxıstanın rəsmi “inform.kz” saytında “Zərifə Əliyeva” gəmi-bərəsinin açılış mərasimi barədə məqalə dərc edilib

Qazaxıstanın rəsmi “inform.kz” informasiya agentliyinin saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin açılış mərasimi barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalarda “Zərifə Əliyeva” gəmi-bərəsindən istifadə edəcəyi qeyd olunub.

Qeyd edilib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birlikdə yükdaşımaların həcminin artmasına və Azərbaycanın tranzit potensialının reallaşmasına mühüm töhfə verəcək.

Məqalədə bildirilir ki, davam edən geosiyasi böhranlar fonunda nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsi getdikcə aktuallaşır. Transxəzər Şərq-Qərb dəhlizi bu gün onun yolunda yerləşən ölkələr üçün xüsusilə cəlbedici görünür. Məlumdur ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır