Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Almaniya Rusiya qazına alternativ tapa bilmir

Almaniya hələ də Rusiyadan qaz tədarükünə real alternativ tapa bilməyib. Qətərdən maye qazın idxalına dair saziş Almaniyanın bu yanacağa olan ehtiyacının yalnız kiçik hissəsini ödəyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Bundestaqının Enerji və İqlim Komitəsinin rəhbəri Klaus Ernst özünün “Twitter” səhifəsində yazıb.

“Almaniya hökuməti maye qaz tədarükünə dair Qətərlə müqavilə bağlayaraq bununla öyünür. Reallıqda isə Qətərdən alınacaq iki milyon ton maye qaz ölkənin tələbatının yalnız üç faizinə bərabərdir. Almaniya Rusiya qazına hələ də real alternativ tapa bilməyib”, - deyə o qeyd edib.

“Qatar Energy” 2026-cı ildən başlayaraq Almaniyaya maye qaz tədarükü ilə bağlı ABŞ-ın “ConocoPhillips” kompaniyası ilə 15 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, Doha Almaniyaya 2 milyon tona yaxın maye qaz ixrac edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır