Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-17,
Seanews
Heyder Eliyev

Hindistanın gəmi sökülmə müəssisələri ilə bağlı Aİ-yə çağırış

Beynəlxalq dənizçilik təşkilatları Hindistandakı bəzi gəmi sökülmə müəssisələrinin Avropa İttifaqının (Aİ) təsdiqlənmiş müəssisələr siyahısından çıxarılmasını və yenidən qiymətləndirilməsini tələb edib.

“Seanews.az” xəbər verir ki, təşkilatlar bir sıra müəssisələrdə ətraf mühitin mühafizəsi, təhlükəli materialların idarə olunması və işçilərin təhlükəsizliyi ilə bağlı standartların yetərli olmadığını bildirirlər. Xüsusilə gəmilərin sahildə sökülməsi üsulu mənfi hal kimi vurğulanır.  

Hindistan dünyanın əsas gəmi sökülməsi mərkəzlərindən biridir. Ölkənin Qucarat ştatındakı Alanq bölgəsi gəmi utilizasiyasının ən çox cəmləşdiyi ərazilərdən sayılır.

Aİ qaydalarına əsasən, Avropa bayrağı altında üzən gəmilər yalnız müəyyən ekoloji və təhlükəsizlik tələblərinə cavab verən müəssisələrdə sökülə bilər. Hindistan tərəfi isə müəssisələrin beynəlxalq standartlara uyğunlaşdırılması və Aİ meyarlarını qarşılamaq üçün investisiyalar həyata keçirdiyini bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır