Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-18,
Seanews
Heyder Eliyev

Panama kanalı gəmi keçidlərini yenidən azaldacaq

Panama kanalı El Ninyo ilə əlaqəli güclü quraqlıq səbəbindən gələn aydan etibarən gündəlik gəmi keçidlərinin sayını yenidən azaldacaq.

“Seanews.az” xəbər verir ki, plana əsasən, oktyabrda kanaldan gündə orta hesabla 29,5 gəminin keçməsinə icazə veriləcək. Bu göstərici sentyabrda 32, avqustda isə 36 gəmi olub.

82 kilometr uzunluğundakı kanal qlobal dəniz ticarətinin təxminən 5%-ni və ABŞ konteyner daşımalarının 40%-ə yaxınını təmin edir. Kanalın fəaliyyəti əsasən Qatun gölünü qidalandıran çayların şirin suyundan asılıdır.

Quraqlıq səbəbindən su səviyyəsinin azalması 2023-cü ildə də ciddi məhdudiyyətlərə gətirib çıxarıb. Həmin dövrdə gündəlik keçidlərin sayı 38-dən 22-yə endirilmiş, nəticədə gəmilərin növbəsi və daşınma xərcləri artmışdı.

Mənbənin məlumatına görə, hazırkı məhdudiyyətlərə Qırmızı dəniz və Hörmüz boğazındakı vəziyyət də təsir göstərir. Digər marşrutlarda yaranan çətinliklər Panama kanalına tələbatı artıraraq keçid xərclərinin yüksəlməsinə səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır