Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-16,
Seanews
Heyder Eliyev

Xüsusi qayğıya ehtiyacı olan məktəblilər üçün gəmi-muzeydə maraqlı proqram təşkil edilib

Bilik Günü münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbinin şagirdləri üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində xüsusi ekskursiya proqramı təşkil olunub.

Məktəblilər öncə ekspozisiya zallarını gəzərək Azərbaycan gəmiçiliyinin zəngin tarixi, inkişaf mərhələləri və dənizçilik ənənələrini əks etdirən eksponatlarla tanış olublar. Həmçinin oyun manipulyatorları vasitəsilə müxtəlif gəmi əməliyyatlarını yerinə yetirərək özlərini dənizçi kimi sınayıblar.

Daha sonra muzeyin restoranında uşaqlar üçün nahar süfrəsi açılıb və milli gəmiçilik irsimizdən bəhs edən “Üç əsrə şahid” sənədli filmi nümayiş olunub.

Proqramın sonunda şagirdlərə “Dənizçilik əlifbası” kitabı, məktəb ləvazimatları və xatirə hədiyyələri təqdim olunub.

ASCO-nun Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində bu ekskursiya uşaqlara həm yeni biliklər qazandırıb, həm də unudulmaz təəssüratlar bağışlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır