Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-17,
Seanews
Heyder Eliyev

Almaniya qeyri-Aİ ölkələrindən olan kapitanlar üçün qaydaları yumşaldıb

Almaniya Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrin vətəndaşlarının Almaniya bayrağı altında üzən gəmilərdə kapitan və yüksək səviyyəli zabit kimi çalışmasına icazə verib. Dəyişiklik dənizçilərin heyətlə təminatı qaydalarına edilən düzəlişlə qüvvəyə minib və əsas məqsəd zabit çatışmazlığının aradan qaldırılmasıdır.

“Seanews.az” xəbər verir ki, yeni qaydalara əsasən, gəmi sahibləri uyğun Aİ namizədi olmadığını və mövcud heyət daxilində yüksəliş imkanının olmadığını əsaslandırmalıdır. Hər əvəzlənən Aİ/AEA zabitinə görə iki dənizçilik üzrə təlim yeri yaradılmalıdır.

Qeyri-Aİ sertifikatına malik kapitan və zabitlərin işə götürülməsinə ilkin olaraq 6 aylıq icazə verilir. Tələb olunan təlim yerləri yaradıldıqdan sonra bu müddət 5 ilədək uzadıla bilər. Aİ sertifikatına malik üçüncü ölkə vətəndaşları üçün isə Almaniya təsdiqi və dənizçilik qanunvericiliyi üzrə kursu başa vurmaq kifayətdir.

Hazırda Almaniya bayrağı altında ümumi tutumu 100 GT və daha böyük təxminən 395 ticarət gəmisi üzür. Yeni qaydaların həm beynəlxalq zabitlər bazasına çıxışı genişləndirməsi, həm də Almaniya bayrağı altında gəmiçilik fəaliyyətinin saxlanmasına şərait yaratması gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır